RU

ABŞ İrana qarşı bu cür başladı, ona görə də… – Bolton sirləri açdı

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Donald Tramp administrasiyası İrana qarşı əməliyyatlara başlamazdan əvvəl yetərli siyasi hazırlıq aparmayıb.

KONKRET.az xəbər verir ki, Bolton NBC News-a müsahibəsində qeyd edib ki, ABŞ hərbçiləri “əla iş” görsələr də, Tramp administrasiyası İranda mümkün rejim dəyişikliyi üçün lazımi siyasi zəmini formalaşdırmayıb və bu addımı əsaslandıran inandırıcı arqumentlər təqdim etməyib.

Onun sözlərinə görə, ABŞ Konqresi və Vaşinqtonun müttəfiqləri bu prosesə kifayət qədər cəlb olunmayıb.

Bolton həmçinin administrasiyanın İran müxalifəti ilə münasibətlər qurmadığını vurğulayıb. O, bildirib ki, müxalif qüvvələr kifayət qədər geniş olsa da, zəif təşkilatlanıb və mümkün hakimiyyət dəyişikliyində əsas rol oynaya bilər.

Keçmiş müşavir hesab edir ki, Vaşinqton İran ordusunun generalları və ölkədən qaçan şəxslərlə dialoq qurmalı, eyni zamanda rejimin zəifləməsi halında müvəqqəti hökumətin formalaşdırılmasına dəstək verməlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
86
15
konkret.az

10Источники