RU

BMT nümayəndəliyi Azərbaycan xalqını təbrik edib

BMT-nin Bakıdakı nümayəndəliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

XQ xəbər verir ki, bu barədə nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "Ramazan bayramınız mübarək! BMT-nin Azərbaycandakı nümayəndəliyi bu bayram münasibətilə ən səmimi arzularını çatdırır. Qoy bu gün dünyaya sakitlik, sülh və harmoniya gətirsin", - paylaşımda qeyd olunub.

Tacir SADIQOV
XQ 

Избранный
18
5
xalqqazeti.az

6Источники