ain.az, Moderator.az saytına istinadən bildirir.
Ukrayna Pravoslav Kilsəsinin (UPK) fəxri patriarxı Filaret (əsl adı Mixail Antonoviç Denisenko) 98 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə Kiyevin və bütün Ukraynanın Mitropoliti, UPK-nın başçısı Yepifaniy sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, Filaret səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
"Bu gün mənim və bir çox ukraynalıların qəlbində dərin kədər və hüzn var. Patriarx Filaret dünyasını dəyişdi", - Yepifaniy bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.