Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.
İsveçrə hökumətinin yazılı açıqlamasında bildirilir ki, o, İrana hücumlarda iştirak edən dövlətlərə ixracla bağlı neytrallıq prinsipinin tələblərini araşdırır.Turkustan.az xəbər verir ki, hökumətin bəyanatında deyilir: "Münaqişə zamanı İranla beynəlxalq silahlı münaqişədə iştirak edən ölkələrə hərbi materialların ixracına icazə verilə bilməz. Mövcud lisenziyalar və digər malların ixracı bir qrup ekspert tərəfindən nəzərdən keçiriləcək".ABŞ-ın beynəlxalq münaqişəyə qarışdığını göstərən bəyanatda deyilir: "Hazırda ABŞ-a müharibə materiallarının ixracına icazə verilmir. 28 fevralda hücumların artmasından bəri ABŞ-a müharibə materiallarının ixracı üçün yeni lisenziyalar verilməyib. Eyni şey İrana da aiddir."Bəyanatda İsveçrənin ABŞ və İranın hücumları ilə bağlı neytral mövqe tutduğu vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.