RU

Belə hallara yol verənləri ifşa etmək daha asan olacaq...

“Yüksək maaş korrupsiyanın qarşısını alan əsas mexanizmlərdən biridir”

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev dövlət hakimiyyəti orqanlarında müəyyən vəzifə tutan şəxslərin əmək haqlarının artırılmasına münasibət bildirib.

Millət vəkili "AzPolitika"ya deyib ki, xalqın sosial rifahının yüksəldilməsi və təhlükəsizliyin təmin olunması üçün ölkə güclü iqtisadiyyata sahib olmalıdır. Onun sözlərinə görə, güclü iqtisadiyyat qurmaq üçün ölkədə qanunun aliliyi təmin edilməli, korrupsiyaya qarşı effektiv mübarizə aparılmalıdır.

Q.Həsənquliyev qeyd edib ki, dövlət hakimiyyəti səlahiyyətlərinə malik olan şəxslərə onların ləyaqətli həyatını təmin edəcək səviyyədə maaş verilməlidir: “Yüksək maaş alan dövlət qulluqçularının əksəriyyəti qanunsuz yollarla əlavə gəlir əldə etmək üçün risk etməyəcək. Belə hallara yol verənləri isə ifşa etmək daha asan olacaq”.

Deputatın sözlərinə görə, əksinə, ailəsinin ləyaqətli həyatını təmin edə bilməyən məmurların böyük hissəsi vətəndaşları incidərək rüşvət almağa, ictimai vəsaiti mənimsəməyə meylli olur, bu isə biznesin inkişafına və ədalətli rəqabətə maneə yaradır.

Избранный
112
publika.az

1Источники