Dünya çempionatının Şanxayda keçirilən mərhələsi “Mersedes”in pilotu Kimi Antonellinin qələbəsi ilə əlamətdar oldu.
"Football-plus.az" xəbər verir ki, fəxri kürsünün 2-ci pilləsinə onun komanda yoldaşı Corc Rassell qalxdı. “Mersedes” ardıcıl 2-ci mərhələdə “qızıl dubl” etdi. Karyerasında ilk dəfə finiş xəttini 1-ci keçən 19 yaşlı Antonelli “Formula-1” tarixində ən gənc ikinci qalibdi (birinci Ferstappen olub).
3-cü yeri tutan Lüis Hemiltin “Ferrari” pilotu kimi ilk dəfə mükafatçılar sırasına düşdü. Yeddiqat dünya çempionu ötən ildən bu komandanın şərəfini qoruyur. Britaniyalı podiuma sonuncu dəfə 2024-ün noyabrında Las-Veqasda, hələ “Mersedes” pilotu olarkən qalxmışdı. Hemilton sonuncu qələbəsini də elə həmin ilin iyulunda Belçikada qazanıb. 41 yaşlı Hemilton “Formula-1” tarixində çempion titullarının sayına görə birinciliyi Mihael Şumaherlə bölüşür. Lüis həmçinin qələbəli mərhələ (105), podium (203) və poul-pozişn (104) sayına görə rekordçudu.
Çin mərhələsi ilə bağlı başqa məqamlara gəlincə, “Maklaren”in pilotları Lando Norris və Oskar Piastri, “Uilyams”ın pilotu Aleksandr Albon və “Audi”nin pilotu Qabriel Bortoleto müxtəlif texniki səbəblər üzündən start götürə bilmədi. Lens Stroll (Aston Martin) 9-cu, Fernando Alonso (Aston Martin) 32-ci, Maks Ferstappen (Red Bull) isə 46-cı dövrədə mübarizədən çəkildi.
Dünya çempionatının növbəti mərhələsi martın 29-da Yaponiyada keçiriləcək.
Təsnifat mərhələsi
1. Kimi Antonelli (İtaliya) 1.32,064
2. Corc Rassell (B.Britaniya) 1.32,286
3. Lüis Hemilton (B.Britaniya) 1.32,415
4. Şarl Lekler (Monako) 1.32,428
5. Oskar Piastri (Avstraliya) 1.32,550
6. Lando Norris (B.Britaniya) 1.32,608
7. Pyer Qasli (Fransa) 1.32,873
8. Maks Ferstappen (Niderland) 1.33,002
9. Ayzek Hacar (Fransa) 1.33,121
10. Oliver Berman (B.Britaniya) 1.33,292
11. Niko Hülkenberq (Almaniya) 1.33,354
12. Franko Kolapinto (Argentina) 1.33,357
13. Esteban Okon (Fransa) 1.33,538
14. Liam Louson (Yeni Zelandiya) 1.33,765
15. Arvid Lindblad (B.Britaniya) 1.33,784
16. Qabriel Bortoleto (Braziliya) 1.33,965
17. Karlos Sayns (İspaniya) 1.34,317
18. Aleksandr Albon (Tayland) 1.34,772
19. Fernando Alonso (İspaniya) 1.35,203
20. Valtteri Bottas (Finlandiya) 1.35,436
21. Lens Stroll (Kanada) 1.35,995
22. Serxio Peres (Meksika) 1.36,906
Həlledici mərhələ
305,066 (5451 metrlik 56 dövrə)
1. Kimi Antonelli (Mersedes) 1:33.15,607
2. Corc Rassell (Mersedes) +5,515
3. Lüis Hemilton (Ferrari) +25,267
4. Şarl Lekler (Ferrari) +28,894
5. Oliver Berman (Haas) +57,268
6. Pyer Qasli (Alpin) +59,647
7. Liam Louson (Reysinq Bulls) +1.20,588
8. Ayzek Hacar (Reysinq Bulls) +1.27,247
9. Karlos Sayns (Uilyams) 1 dövrə
10. Franko Kopapinto (Alpin) 1 dövrə
11. Niko Hülkenberq (Audi) 1 dövrə
12. Arvid Lindblad (Reysinq Bulls) 1 dövrə
13. Va1tteri Bottas (Kadillak) 1 dövrə
14. Esteban Okon (Haas) 1 dövrə
15. Serxio Peres (Kadillak) 1 dövrə
Şəxsi birincilik
1. Corc Rassell 51
2. Kimi Antonelli 47
3. Şarl Lekler 34
4. Lüis Hemilton 33
5. Oliver Berman 17
6. Lando Norris 15
7. Pyer Qasli 9
8. Maks Ferstappen 8
9. Liam Louson 8
10. Arvid Lindblad 4
11. Ayzek Hacar 4
12. Oskar Piastri 3
13. Karlos Sayns 2
14 Qabriel Bortoleto 2
15. Franko Kolapinto 2
Mühəndislər kuboku
1. Mersedes 98
2. Ferrari 67
3. Maklaren 18
4. Haas 17
5. Red Bull 12
6. Reysinq Bulls 12
7. Alpin 10
8. Audi 2
9. Uilyams 2
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта