RU

Qəzada ölən şəxs zabit imiş

Ajans.az xəbər verir ki, 32 yaşlı Ramin Nürəddin oğlu İsayev idarə etdiyi motosikletlə yük avtomobilinə çırpılıb. Qəza nəticəsində ağır xəsarət alan Ramin İsayev hadisə yerində ölüb. Qeyd edək ki, R.İsayev zabit olub. İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Baş leytenant rütbəsi ilə xidmət etmiş İsayev Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərən hərbçilərdən biri idi.

Müharibədən sonra "Hərbi xidmətlərə görə", "Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib. Mərhumun 1 azyaşlı qızı yadigar qalıb.(qafqazinfo)

Избранный
73
10
Ajans.az

10Источники