RU

Evə gətirən kimi yumayın: Ömrünü özünüz qısaldırsınız

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Yay aylarında ən çox alınan giləmeyvələrdən olan moruq yüksək qida dəyərinə malik olsa da, çox həssas quruluşu səbəbindən tez xarab olur.  Halbuki, doğru saxlanma qaydalarına əməl edilmədikdə soyuducuda günlərlə təravətli qala bilir.Demokrat.az bildirir ki, moruq evə gətirilən kimi yuyulmamalıdır. Bu meyvə rütubəti çox tez hopdurduğu üçün vaxtından əvvəl yuyulduqda kiflənmə sürətlənir. Yuma prosesi yalnız istehlakdan az əvvəl edilməlidir. Saxlamadan öncə giləmeyvələri diqqətlə ayırmaq, əzilmiş, yumşalmış və ya kifə düşmüş olanları kənarlaşdırmaq lazımdır. Bu addım sağlam meyvələrin daha uzun müddət təzə qalmasına kömək edir.Saxlama üçün ən uyğun variant hava keçirən qablar və ya moruğun alındığı dəlikli plastik qutulardır. Havanın sərbəst dolaşması nəm yığılmasının qarşısını alır, kif riskini azaldır. Soyuducuda isə moruğu temperaturun daha sabit olduğu ön hissədə yerləşdirmək məsləhət görülür. Bu şəraitdə təzə moruq adətən təxminən iki gün öz keyfiyyətini saxlayır.

Daha uzun müddət saxlamaq üçün dondurma üsulu istifadə olunur. Bunun üçün meyvələr ehtiyatla yuyulub qurudulur, sonra padnos üzərində tək qat halında düzülərək dondurulur. Tam donduqdan sonra onları paketlərə və ya qablara yığmaq mümkündür. Bu üsul moruğu 12–18 ay ərzində təravətli saxlamağa imkan verir.Kiflənmiş moruğun istehlakı sağlamlıq üçün təhlükəlidir. Belə giləmeyvələrdə kif sadəcə görünən hissədə olmur, yumşaq toxuma səbəbindən sürətlə yayılır və digər meyvələri də korlayır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
100
demokrat.az

1Источники