Bakı. Trend:
İran Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı birgəBritaniya-ABŞ hərbi bazası istiqamətində iki ballistik raketburaxıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, raketlər hədəflərə çatmayıb.
Onlardan birinin qarşısını almaq üçün ABŞ hərbçiləri SM-3 tipliraketdən istifadə edib. Lakin bu raketin hədəfi məhv edib-etmədiyihələlik məlum deyil.
Mənbələrdə qeyd olunur ki, bu cəhd İranın raket proqramınınrəsmi açıqlamalardan daha geniş imkanlara malik olduğunu göstərir.Bildirilir ki, baza İrandan təxminən 4000 kilometr məsafədəyerləşir.
Xatırladılır ki, Hind okeanında Britaniyanın dənizaşırıərazisində yerləşən Dieqo-Qarsiya adası ABŞ hərbi qüvvələri üçünstrateji mərkəz hesab olunur. Burada uzaqmənzilli bombardmançıtəyyarələr, sualtı qayıqları və idarə olunan raketlərlə təchizolunmuş esmineslər yerləşdirilib.
Məlumata görə, hücum cəhdi bazanın əhəmiyyətini və İranın uzaqməsafədə yerləşən ABŞ hərbi obyektlərini hədəfə almağa hazırolduğunu göstərir.