RU

Onları belə görməmisiniz: Qurbanov “Xan”, Medina “Pəhləvan” oldu FOTOLAR

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

CBC Sport TV-nin sosial şəbəkə səhifəsində Novruz bayramı münasibətilə fərqli və diqqətçəkən paylaşım edilib. Ölkə.Az xəbər verir ki, süni intellekt vasitəsilə hazırlanan vizuallarda Azərbaycan futbolunun tanınmış simaları Novruzun ənənəvi obrazlarında təqdim olunub.

Paylaşımda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov xan kimi təsvir edilib. Komandanın yarımmüdafiəçisi Abdulla Zubir vəzir, müdafiəçisi Kevin Medina isə pəhləvan obrazında təqdim olunub.

Digər klubların futbolçuları da Novruz personajlarına uyğunlaşdırılıb. "Neftçi"nin hücumçusu Vinsent Abubakar div obrazında canlandırılıb. "Sabah"ın hücumçusu Coy Lens Mikel Xıdır obrazında təqdim edilib.

"Turan Tovuz"un yarımmüdafiəçisi Rəhim Sadıxov Keçəl, "Zirə"nin futbolçusu Davit Volkov isə Kosa obrazında təqdim olunub.

Bununla yanaşı, qadın futbolunun nümayəndələri də diqqətdən kənarda qalmayıb. Hazırda Almaniyanın "Hamburq" klubunda çıxış edən Nigar Mirzəliyeva Bahar qızı obrazında, hakim Gülnurə Əkbərzadə isə saçlı qız kimi təqdim edilib.

Beləliklə, Azərbaycan Premyer Liqasında çıxış edən klubların futbolçuları Novruzun simvolik obrazları ilə bir araya gətirilərək bayram ruhunu futbol vasitəsilə fərqli formada əks etdiriblər.

Digər vizuallar fotoların sırasında:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
1
olke.az

2Источники