RU

Tramp administrasiyasından gözlənilməz addım: İran neftinə 30 günlük “yaşıl iş”

ABŞ Maliyyə Nazirliyi dünya enerji bazarında gərginliyi azaltmaq məqsədilə 20 mart tarixinədək tankerlərə yüklənmiş İran xam neftinin və neft məhsullarının satışına, limanlarda boşaldılmasına müvəqqəti icazə verib. Dərc olunan baş lisenziyaya əsasən, bu icazə 19 aprel 2026-cı il tarixinədək qüvvədə olacaq.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent bu qərarın qlobal bazara dərhal 140 milyon barrel neft çıxarmağa imkan verəcəyini bildirib. O, bu addımı “İranın öz neftini Tehrana qarşı istifadə etmək” kimi qiymətləndirib: “Məqsədimiz ‘Epic Fury’ əməliyyatı fonunda süni şəkildə artan qiymətləri aşağı salmaq və tədarük zəncirindəki boşluğu doldurmaqdır”. Lisenziya həmçinin bu yüklərin ABŞ-a idxalına da müstəsna hal kimi icazə verir.

Buna baxmayaraq, Tehran rəsmi Vaşinqtonun bu bəyanatını təkzib edib. İranın Neft Nazirliyinin sözçüsü Saman Qüddusi bildirib ki, hazırda ölkənin dənizdə gözləyən heç bir “artıq” nefti və ya boş tankeri yoxdur. O, ABŞ-ın bu addımını real iqtisadi təsirdən çox, alıcılara ümid vermək məqsədi daşıyan “psixoloji gediş” adlandırıb. Ekspertlər isə qeyd edirlər ki, bu, son iki həftədə Vaşinqtonun Rusiya neftindən sonra sanksiyaları üçüncü dəfə yumşaltmasıdır.

Sara,
NOCOMMENT.az

Избранный
100
nocomment.az

1Источники