Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ukrayna nümayəndə heyəti Mayami şəhərinə gedib və bu gün ABŞ rəsmiləri ilə müzakirələr aparacaq.
Bizimyol.info xəbər verir kiŞ bu barə məlumatı "Ukrinform" yayıb.
Ukrayna nümayəndə heyətinə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Administrasiyasının rəhbəri Kirill Budanov, Prezident Administrasiyasının birinci müavini Sergey Kislıtsa və parlamentdə “Xalq Xidməti” fraksiyasının sədri David Araxmia daxildir.
ABŞ tərəfdən müzakirələrdə Ağ Evin xüsusi nümayəndəsi Steve Vitkoff və sabiq prezident Donald Trumpin kürəkəni Jared Kushner iştirak edəcək. Qeyd olunur ki, bu müzakirələrdə Rusiya tərəfi iştirak etmir.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirmişdi ki, ABŞ-da keçiriləcək görüşlərdə əsasən dörd məsələ müzakirə olunacaq:
Üçtərəfli görüşlərin davamının dəqiq parametrlərinin müəyyənləşdirilməsi.Bu görüşlərə hazırlıq və sənədlərin tamamlanması.PURL proqramının icrası.ABŞ ilə dronlar üzrə sazişin müzakirəsi.
Xatırladaq ki, Ukrayna, ABŞ və Rusiya arasında sonuncu müzakirələr fevralın ortalarında İsveçrədə keçirilib. Bundan sonra görüşlər dayandırılıb, bu, ABŞ-ın İranla müharibəsi ilə izah olunur. Zelenski həmçinin qeyd edib ki, bu münaqişənin Ukraynadakı döyüşlərə çox pis təsiri ilə bağlı "hiss"i var.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.