RU

Koxalski Polşa millisinə çağırıldı – Bu dəfə debüt edəcəkmi?

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.

Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Polşa seçməsi Dünya çempionatının pley-off mərhələsinin yarımfinal matçında martın 26-da Albaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, 25 yaşlı Koxalski hələ ki Poşa millisində debüt etməyib.

Bu dəfə Koxalski ilə yanaşı yığmaya qapışılardan “Vidzev Lodz”dan Bartolomey Draqovski, “Volfsburq”dan Kamil Qrabara və “Lex Poznan” klubundan Bartoş Mrozek çağırılıb.

Избранный
73
msport.az

1Источники