RU

İran ABŞ bazasına raketlər atıb

İran Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı birgə Böyük Britaniya-ABŞ hərbi bazası istiqamətində iki ballistik raket buraxıb.

“Cebheinfo.az”-ın məlumatına görə, “Pars Today” agentliyi belə yazır.

Qeyd edilir ki, İrandan 4000 kilometrdən çox məsafədə yerləşən Dieqo-Qarsiya adasına endirilən zərbə İran İslam Respublikasının ABŞ və onun Qərbi Asiyadan kənardakı müttəfiqlərinin maraqlarını təhdid etmək istiqamətində atdığı əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

“Bu, İran raketlərinin məsafəsinin düşmənin əvvəlki təxminlərini üstələdiyini göstərir” - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Dieqo-Qarsiya ABŞ-nin ağır bombardmançı təyyarələri donanması üçün əsas aerodromdur və uzun müddətdir ki, bu ölkənin nüvə sualtı qayıqları və idarəolunan raketlərlə təchiz olunmuş esmineslərini yerləşdirdiyi strateji baza kimi fəaliyyət göstərir.

Избранный
104
cebheinfo.az

1Источники