Qazaxda evdən 65 yaşlı kişi meyiti tapılıb.
Qazaxda evdən kişi meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakini 1961-ci il təvəllüdlü Q.Bayayevin yaşadığı evdən meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.