RU

Natanz nüvə obyektinə yenidən hava zərbəsi endirilib - YENİLƏNİB

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu gün İranın Natanz nüvə obyektinin ABŞ və İsrailin hücumuna məruz qalması barədə araşdırır.

APA xəbər verir ki, BAEA baş direktoru Rafael Qrossi X-da paylaşımında nüvə qəzası riskinin qarşısını almaq üçün hərbi zərbələrdən yayınmağa çağırıb.

Qeyd edilib ki, nüvə obyektinin ətrafında radiasiya səviyyəsində artım qeydə alınmayıb.

***

saat 13.10

Bu gün səhər ABŞ və İsrail İranın Natanz şəhərində yerləşən nüvə obyektinə növbəti dəfə hava zərbəsi endirib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, nüvə obyektində radioaktiv maddələrin sızması qeydə alınmayıb, radiasiya təhlükəsizliyi ilə bağlı vəziyyət sabitdir və tam nəzarət altındadır.

Избранный
114
5
apa.az

9Источники