RU

İlon Mask Twitter in səhmdarlarını aldadıb?

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

San-Fransisko məhkəməsi sahibkar İlon Maskın "Twitter"in (hazırkı "X" sosial şəbəkəsi) qiyməti ilə manipulyasiya etdiyini müəyyənləşdirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Bu, xüsusilə daha əlverişli sövdələşmə şərtləri yaratmaq məqsədilə həmin platformada paylaşımlar vasitəsilə həyata keçirilirdi", - deyə məqalədə qeyd olunub.

Jurnalistlərin izah etdiyi kimi, Mask 2022-ci ildə sosial şəbəkəni daha aşağı qiymətə almaq üçün şirkətin nüfuzdan salınması ilə "Twitter" investorlarını aldadıb. Məlumata görə, əməliyyat bir neçə milyard dolları əhatə edib.

Xatırladaq ki, "Twitter" düz 20 il əvvəl, 2006-cı il martın 21-də təsis olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
57
2
oxu.az

3Источники