RU

Aİ-nin Kiyevə verdiyi kredit bloklanıb




Ukraynaya ayrılan 90 milyard avroluq Avropa İttifaqı krediti Drujba boru kəməri ilə Slovakiya və Macarıstana neft tədarükünün dayandırılması səbəbindən bloklanıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.

Baş nazir Avropa Şurasının iclasından sonra bildirib ki, Ukrayna üçün kredit hələ də bağlanıb. Çünki Drujba boru kəməri vasitəsilə Slovakiya və Macarıstana Rusiya neft tədarükünün bərpası üçün son tarix müəyyən edilməyib".

Fiko qeyd edib ki, Ukraynanı tam dəstəkləyən sammitin yekun sənədlərinə səs verməkdən Slovakiya imtina edib. Baş nazir xatırladıb ki, Slovakiya və Macarıstan sanksiyalardan azad ediliblər və 2027-ci ilin sonuna qədər Rusiyadan neft idxal edə bilərlər.

Fikonun sözlərinə görə, vəziyyət Yaxın Şərqdəki münaqişə ilə paralel olaraq olduqca mürəkkəbdir. Çünki Yaxın Şərqdə neftə çıxış məhduddur və neftin qiyməti kəskin şəkildə artır.

Anar
Избранный
47
1
newscenter.az

2Источники