RU

"Böyük Dəbilqə": Hidayətin "bürünc" şansı var, qalanları mübarizəni dayandırdılar

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda mübarizə aparacaq.

Fanat.Az xəbər verir ki, o, təsəlliverici qarşılaşmada Gürcüstanı təmsil edən Giorgi Teraşviliyə qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.

Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Избранный
47
25
fanat.az

10Источники