RU

Köçəryanın Paşinyana cavabı gecikmədi

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Baş nazir Nikol Paşinyanın iyun ayında keçiriləcək parlament seçkilərində müxalifətin hakimiyyətə gələcəyi sentybarda müharibəyə başlayacağı barədə dediklərinə cavab verib.

“Cebheinfo.az”-ın məlumatına görə, Köçəryan bu barədə Əştərək rayonunda seçicilər qarşısında çıxışı zamanı danışıb. 

“Sizin vədləriniz, sözləriniz sadəcə heç nəyə yaramır. Çünki bizim artıq bu cür hakimiyyətlərlə işləmək təcrübəmiz var. Siz bir şey deyə bilərsiniz, amma həyatda tam əksini edirsiniz. Bu səbəbdən, mənim fikrimcə, onlar tezis irəli sürəcəklər. Əgər bunu etməsək, müharibə olacaq.

Bu, ən təhlükəli tezisdir, eyni zamanda ən alçaldıcıdır. Lakin biz bunu qabaqcadan görürdük. Yadınızdadırsa, ictimai çıxışlarımızda həmişə deyirdik ki, bu hökumətin səs toplamaq üçün yeganə tezisi qorxu atmosferi, müharibə qorxusu atmosferi yaratmaqdır”.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
86
1
cebheinfo.az

2Источники