Türkiyənin Ordu vilayətinin Ünye rayonunda sahildə pilotsuz sualtı aparat tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilir ki, sakinlər sahildə bir əşya görüb, bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Əraziyə dərhal jandarma qrupları göndərilib.
İlkin araşdırmalar zamanı bunun pilotsuz sualtı aparat olduğu bəlli olub.