RU

Gəncə sakini bir ay ərzində ikinci dəfə dəm qazından zəhərləndi

GƏNCƏ, 21 mart. TELEQRAF

Gəncə şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf xəbər verir ki, hadisə şəhərin Səmədağa Kəsəmənli küçəsi, ev 97 ünvanında baş verib.

Xəstəxanaya yerləşdirilmə

2002-ci il təvəllüdlü Xəyal Məmmədov yaşadığı mənzildə dəm qazından zəhərlənmə diaqnozu ilə dərhal xəstəxanaya çatdırılıb. Tibb müəssisəsində ona zəruri ilkin yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

Məlumat üçün bildirək ki, X.Məmmədov təxminən bir ay əvvəl də eyni diaqnozla xəstəxanaya müraciət edib.

Избранный
104
4
teleqraf.com

7Источники