Gəncə şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Publika.az xəbər verir ki, hadisə şəhərin Səmədağa Kəsəmənli küçəsi, ev 97 ünvanında baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Xəyal Məmmədov yaşadığı mənzildə dəm qazından zəhərlənmə diaqnozu ilə dərhal xəstəxanaya çatdırılıb. Tibb müəssisəsində ona zəruri ilkin yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.