Gəncədə 24 yaşlı gənc dəm qazından zəhərlənib, vəziyyəti ağırdır. 1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 2002-ci il təvəllüdlü X.Məmmədov yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.