Ukrayna Müdafiə Qüvvələri martın 21-nə keçən gecə Rusiyanın Saratov vilayətindəki neft emalı zavodunun (NEZ) obyektlərinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.
İlkin məlumata görə, zərbə nəticəsində neftin təkrar emalı qurğusu və rezervuar zədələnib.
Bildirilib ki, dəyən zərərin miqyası dəqiqləşdirilir.