RU

Hörmüz boğazının blokadası dünyada iqtisadi inkişafın 2,9% azalmasına səbəb ola bilər


Hörmüz boğazının blokadası dünyada iqtisadi inkişafın 2,9% azalmasına səbəb ola bilər.
“Bloomberg” bununla bağlı Dallas Federal Ehtiyatlar Bankına istinadən məlumat yayıb.
Bankın hesabatına əsasən, əgər Hörmüz boğazının blokadası iyun ayının sonuna qədər davam edərsə, ikinci rübdə dünyada iqtisadi artımı illik ifadədə 2,9 faiz bəndi azalacaq.
Boğaz fevralın 28-dən etibarən — ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından sonra beynəlxalq dəniz nəqliyyatı üçün faktiki olaraq bağlıdır. Texas neftinin (WTI) barrelinin qiyməti artıq 97 dolları keçib. Dallas Federal Ehtiyatlar Bankının tədqiqatçıları blokadanın müddətindən asılı olaraq bir neçə ssenari hazırlayıblar. Əgər bir rübdən sonra dəniz nəqliyyatı bərpa olunsa, neftin bir barelinin qiyməti 68 dollara düşəcək və ÜDM-in artım tempi 2,2 faiz bəndi artacaq. İki rüblük blokada üçün üçüncü rübdə neftin qiyməti 115 dollara qalxacaq, ilin sonuna isə 76 dollara enəcək. Boğaz üç rüb bağlı qalsa, ilin sonuna 1 barel neftin qiyməti 132 dollara çata bilər.

İqtisadiyyata təsir yalnız neftin qiymətinin artması ilə bağlı deyil. “Bloomberg” yazır ki, bu, həm də istehlakçı tələbinə mənfi təsir göstərir. ABŞ vətəndaşları yanacağın bahalaşması səbəbindən digər xərcləri azaldır, səyahətlərini məhdudlaşdırır və yanacaq doldurmaq üçün növbələrdə dayanırlar. Tarixdə ilk dəfə ABŞ-da dizel yanacağının qalonunun orta qiyməti 5 dolları keçib.
Eyni zamanda İranın “kölgə donanması” Hörmüz boğazı vasitəsilə neft tədarükünü davam etdirir, halbuki digər ölkələr üçün boğaz faktiki olaraq bağlıdır.
Gəmilərin izlənilməsi servisləri “TankerTrackers” və “Kpler”-in məlumatına görə, müharibənin başlanmasından bəri İran gündə təxminən 1,1–1,5 milyon barel neft ixrac edib.

Избранный
32
3
apa.az

4Источники