RU

Nəriman Axundzadə bu gün ABŞ çempionatında debüt edə bilər

Bakı, 21 mart, AZƏRTAC

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edə bilər.

AZƏRTAC xəbər verir ki, 21 yaşlı futbolçunun adı müntəzəm mövsümün V turunun "Toronto" ilə oyununun iştirak ərizəsinə salınıb. Gənc forvard baş məşqçisi şans verəcəyi təqdirdə, matçın gedişində meydana daxil ola bilər.

Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Müxbir – Elnur Salahov

Избранный
153
1
azertag.az

7Источники