RU

Fidandan müharibə açıqlaması

“Fars körfəzi ölkələri Yaxın Şərqdəki müharibənin daha iki-üç həftə davam edəcəyini düşünürlər”.

Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə bildirib.

"Əlbəttə ki, burada həlledici faktor ABŞ-ın mövqeyi olacaq. İsrail ABŞ-a təsir etməyə çalışacaq və atəşkəsin və ya sürətli sülh sazişinin qarşısını almaq istəyəcək. Getdikcə daha çox belə qiymətləndirmələr səslənir ki, ABŞ və İsrailin ilkin mövqeləri bir-birindən uzaqlaşıb. Bu, müharibənin uzanmasına səbəb ola bilər", - deyə Fidan bildirib.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, müharibə gedişatında danışıqlar variantı az ehtimal olunan görünür, lakin tərəflərin: "Əgər danışıqlar uğursuz olarsa, biz müharibəni bərpa edəcəyik", — deyə bəyan etdiyi qısamüddətli atəşkəs zamanı danışıqlara başlamaq imkanı da nəzərdən keçirilməlidir.

"İsrail də İrana daha böyük zərər vurmaq üçün müharibəni mümkün qədər uzatmaq siyasəti yürüdə bilər. Aİ-nin bu məsələdəki mövqeyi həlledici olacaq. İsrail mühüm hərbi və sənaye obyektlərini məhv etməyincə müharibəni dayandırmayacağı təəssüratını yaradır. Qətllər davam edir", - deyə o əlavə edib.

Избранный
100
7
publika.az

10Источники