Afrika futbolunda hakim qərarları yenidən müzakirə mövzusuna çevrilib.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, Afrika Çempionlar Liqasında “Piramids” - “FAR Rabat” matçında mübahisəli epizod yaşanıb. Qonaq komandanın müdafiəçisi cərimə meydançasında əllə oynasa da, hakim VAR-a baxdıqdan sonra penalti təyin etməyib.
Bu qərar azarkeşlər və ekspertlər arasında ciddi narazılıq yaradıb. Xüsusilə, “Əl-Əhli” - “Esperans” (Tunis) oyununda oxşar epizodda penalti verilməsi qərarların ardıcıllığı ilə bağlı suallar doğurub.
Qeyd edək ki, ilk hissədən sonra “Piramids” 0:1 hesabı ilə geridədir. İlk oyun isə 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.
