RU

Tehrana Hava ZƏRBƏSİ: İsrail nüvə proqramı obyektini hədəf aldı

İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran şəhərində strateji əhəmiyyətli obyekti hədəfə alıb. Bu barədə məlumatı İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidməti yayıb.

NOCOMMENT.az xəbər verir ki, İsrail aviasiyası Tehranda nüvə silahı komponentlərinin hazırlanmasında birbaşa iştirak edən strateji mərkəzə “nöqtəvi zərbə” endirib. Söhbət İran Müdafiə Nazirliyinin tabeliyində olan “Malek Əştər” universitetindən gedir.

İsrail tərəfinin yaydığı kəşfiyyat məlumatlarına görə, sözügedən ali təhsil müəssisəsi ballistik raket proqramı ilə əlaqəli strukturlar tərəfindən ikili təyinatlı texnologiyaların yaradılması üçün istifadə olunur. Qeyd edək ki, bu universitet nüvə proqramı və raket texnologiyalarının inkişafı sahəsindəki fəaliyyətinə görə artıq bir müddətdir ki, beynəlxalq sanksiyalar siyahısına daxil edilib.

Hadisə nəticəsində obyektdə ciddi dağıntıların olduğu bildirilir. Rəsmi Tehran hələlik itkilər və zərərin miqyası barədə geniş açıqlama verməyib.

Sara

NOCOMMENT.az

Избранный
100
nocomment.az

1Источники