RU

Tanışını bıçaqlayan şəxs SAXLANILDI

Ajans.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Goranboy rayon sakini Fariz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı Maarif Əhmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. *** Ajans.az xəbər verir ki, hadisə rayonun Qurbanzadə kəndində qeydə alınıb. Belə ki, Fariz Məmmədov tanıdığı şəxs tərəfindən bıçaqlanaraq Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır. İlkin məlumata görə, hadisə uşaq üstündə düşən mübahisə zamanı baş verib. Faktla bağlı araşdırma başlanılıb.
Избранный
128
Ajans.az

1Источники