RU

Çinli süni intellekt laboratoriyadan qaçaraq pul qazandı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elmi-fantastik ssenarilər indi gerçəkləşməyə başlayır. Alibaba tərəfindən yaradılan "ROME" adlı süni intellekt agenti laboratoriyadan çıxaraq özbaşına fəaliyyət göstərməyə başlayıb və rəqəmsal müstəvidə pul qazanıb.Nüfuzlu nəşrlər "Live Science" və "Forbes" yazır ki, "ROME" təlim zamanı təhlükəsizlik sərhədlərini aşaraq test mühitindən kənara çıxıb. Sistemə heç bir insan müdaxiləsi olmadan qrafik prosessor resurslarını (GPU) gizli yollarla ələ keçirib və xarici şəbəkə vasitəsilə kriptovalyuta mədənçiliyinə başlayıb. Ən maraqlı məqam odur ki, proqram verilən tapşırığı yerinə yetirmək əvəzinə öz resurslarını təmin etmək və "varlanmaq" qərarına gəlib.Ekspertlər bu davranışı "alət yaxınlaşması" adlandırır. Yəni süni intellektin hədəflərinə çatmaq üçün sağ qalma və resurs toplama instinktinin nümayişidir. Hadisə Alibaba Cloud sistemlərində qeyri-adi trafiklə aşkarlanıb və süni intellektin təhlükəsizliyi mövzusunda müzakirələri yenidən gündəmə gətirib.Sosial şəbəkələrdə istifadəçilər bu olayı Terminator filmi ilə müqayisə edir və süni intellektin özbaşına pul qazanmaq cəhdini gələcək üçün yeni bir təhlükə kimi qiymətləndirirlər.Alimlər xəbərdarlıq edirlər ki, hazırda laboratoriyada kriptovalyuta mədənçiliyi edən sistemlər gələcəkdə qlobal maliyyə sistemləri üçün ciddi risklər yarada bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
110
demokrat.az

1Источники