RU

Çin 2030-cu ilə qədərki ÜDM artım proqnozunu açıqlayıb

Ölkə rəhbərliyinin proqnozlarına görə, Çinin ümumi daxili məhsulu (ÜDM) 2030-cu ilə qədər 175 trilyon yuan (Çinin Mərkəzi Bankının qüvvədə olan məzənnəsi ilə hesablandıqda 25,39 trilyon dollar - red.) səviyyəsinə çatmalıdır.

"Far.Az" xəbər verir ki, bu barədə Çinin Baş naziri Li Tsyan Çin İnkişaf Forumunun açılış mərasimində bildirib.

"Biz ümid edirik ki, yaxın beş il perspektivində Çin iqtisadiyyatının məcmu həcmi 175 trilyon yuan səviyyəsinə çatacaq", - o qeyd edib.

L. Tsyanın sözlərinə görə, 15-ci beşillik (2026–2030-cu illər) ərzində dövlətin illik ÜDM-i 30 trilyon yuandan (4,35 trilyon dollar) çox artmalıdır. Baş nazir vurğulayıb ki, bu, Çin və xarici tərəfdaşlar arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş məkan yaradacaq.

"İnkişafın əsas istiqamətlərini müəyyən edərək iqtisadiyyatın dayanıqlı artımını təmin etmək, rəqəmsallaşma, ekoloji modernləşdirmə və inteqrasiya kursunu izləmək, müasir sənaye sisteminin formalaşmasını sürətləndirmək və keyfiyyətli inkişafa təkan vermək niyyətindəyik", - baş nazir sözlərini yekunlaşdırıb.

Избранный
58
far.az

1Источники