Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 22 mart, AZƏRTAC
Çin iqtisadiyyatının 2030-cu ilə qədər 175 trilyon yuana (təxminən 25,39 trilyon dollar) çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri Li Qianq Çin İnkişaf Forumunun açılışında bildirib.
Onun sözlərinə görə, qarşıdakı beş il ərzində Çin iqtisadiyyatının ümumi həcmi əhəmiyyətli dərəcədə artacaq. Baş nazir qeyd edib ki, 2026–2030-cu illəri əhatə edən 15-ci beşillik plan çərçivəsində illik ÜDM-in 30 trilyon yuandan çox artması nəzərdə tutulur.
Li Qianq vurğulayıb ki, bu artım Çinlə digər ölkələr arasında ticarət və iqtisadi əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq.
Baş nazir əlavə edib ki, Çin hökuməti sabit iqtisadi artımı təmin etməyə, iqtisadiyyatın intellektuallaşdırılması, yaşıllaşdırılması və inteqrasiyasını sürətləndirməyə, müasir sənaye sisteminin formalaşdırılmasına və yüksək keyfiyyətli inkişafın təşviqinə diqqət yetirəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.