RU

Almaniyada bütün apteklər BAĞLANACAQ

Martın 23-də ümummilli tətil ilə əlaqədar olaraq Almaniyanın bütün ərazisində apteklər fəaliyyətini dayandıracaq.

Olaylar.az xəbər verir ki, bu barədə yerli "Bild" qəzeti yazıb.

Məlumata görə, etiraz aksiyasında ümumilikdə 160 mindən çox insan iştirak edəcək.

Nəşr vurğulayıb ki, aptek müəssisələrinin əməkdaşları "xroniki maliyyə çatışmazlığından" narazılıqlarını bildirirlər. Onların Berlin, Hannover, Düsseldorf və Münxendə nümayişlər keçirəcəkləri gözlənilir.

"Apteklərimiz, dərman təminatı və Almaniya əhalisinə tibbi xidmət göstərilməsi ilə bağlı vəziyyət artıq uzun müddətdir, gərgin olaraq qalır", - "Bild" Almaniya Aptekləri Federal Assosiasiyasının rəhbəri Tomas Praysdan sitat gətirib. "Sonuncu dəfə aptek [işçilərinin] maaşları 13 il əvvəl artırılıb, halbuki bu dövr ərzində əlavə xərclər 65 %-dən çox artıb", - deyə o bildirib.

Onun məlumatına görə, 2013-cü ildən başlayaraq Almaniyada apteklərin ümumi sayının 20 %-i bağlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
36
21
olaylar.az

10Источники