ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Martın 23-də ümummilli tətil ilə əlaqədar olaraq Almaniyanın bütün ərazisində apteklər fəaliyyətini dayandıracaq.
Milli.Az xəbər verir ki, bu barədə yerli "Bild" qəzeti yazıb.
Məlumata görə, etiraz aksiyasında ümumilikdə 160 mindən çox insan iştirak edəcək.
Nəşr vurğulayıb ki, aptek müəssisələrinin əməkdaşları "xroniki maliyyə çatışmazlığından" narazılıqlarını bildirirlər. Onların Berlin, Hannover, Düsseldorf və Münxendə nümayişlər keçirəcəkləri gözlənilir.
"Apteklərimiz, dərman təminatı və Almaniya əhalisinə tibbi xidmət göstərilməsi ilə bağlı vəziyyət artıq uzun müddətdir, gərgin olaraq qalır", - "Bild" Almaniya Aptekləri Federal Assosiasiyasının rəhbəri Tomas Praysdan sitat gətirib. "Sonuncu dəfə aptek [işçilərinin] maaşları 13 il əvvəl artırılıb, halbuki bu dövr ərzində əlavə xərclər 65 %-dən çox artıb", - deyə o bildirib.
Onun məlumatına görə, 2013-cü ildən başlayaraq Almaniyada apteklərin ümumi sayının 20 %-i bağlanıb. /"Report"
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.