RU

İran: Hörmüz təkcə düşmən gəmilərinə bağlıdır

ain.az bildirir, Azvision portalına istinadən.

İranın sözügedən təşkilatdakı nümayəndəsi Əli Musəvi belə deyib. Onun sözlərinə görə, strateji əhəmiyyətli Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıqdır, lakin burada müəyyən istisnalar mövcuddur: "Hörmüz boğazı İranın düşmənləri ilə əlaqəli olan gəmilər istisna olmaqla, bütün digər gəmilərin keçidi üçün açıqdır. Lakin boğazdan təhlükəsiz keçid yalnız Tehranla müvafiq təhlükəsizlik tədbirlərinin koordinasiya edilməsi şərti ilə mümkündür". İranlı diplomat regionda yaranmış mürəkkəb vəziyyətə görə ABŞ və İsraili ittiham edib. O bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə təhdid yaradan hazırkı böhranın əsas səbəbi məhz bu iki ölkənin həyata keçirdiyi hərbi hücumlardır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
64
1
azvision.az

2Источники