Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb.

Leqal.info xəbər verir ki, Şirvan sakini, 1965-ci il təvəllüdlü Mənəfova Sevil Mirağa qızı yüksək konsentrasiyalı sirkə – “essensiya” turşusundan zəhərlənmə, ağız, boğaz, qida borusu və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Leqal.info