Martın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq.Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.