RU

1 qızıl, 1 gümüş, 4 bürünc medal

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku başa çatıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 32-ci dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

 

Yarışda Sunay Salamova (-40 kq) qızıl, Zəhra Quliyeva (-40 kq) gümüş, Pərvin Sevxanlı (-44 kq), Könül Eyvazlı (-48 kq), Məsumə Məmmədli (-70 kq) və Zemfira Əliyeva (+70 kq) bürünc medala layiq görülüb.

Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb.

Избранный
48
8
ikisahil.az

10Источники