RU

Mask Terafab adlı çip istehsalı layihəsini təqdim edib

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Amerikalı sahibkar İlon Mask robotlar, avtomobillər və kosmos texnologiyaları üçün mikrosxemlərin istehsalını nəzərdə tutan "Terafab" layihəsinin başladıldığını açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə İlon Mask çıxışı zamanı bildirib.

Mask qeyd edib ki, hazırda şirkətlər mövcud təchizatçılar – "Samsung", "TSMC" və "Micron Technology" ilə əməkdaşlıq edir. Lakin onun sözlərinə görə, bu şirkətlərin istehsalı genişləndirmə tempi lazım olan səviyyədən aşağıdır və buna görə də yeni istehsal platformasının yaradılması zəruridir.

Mask bildirib ki, "Terafab" onun nəzarətində olan "Tesla", "xAI" və "SpaceX" şirkətlərinin birgə layihəsi olacaq. Fabrikin ABŞ-nin Texas ştatının Ostin şəhərində fəaliyyətə başlaması planlaşdırılır.

Onun sözlərinə görə, müəssisədə iki növ çip istehsal ediləcək. Birinci növ çiplər əsasən humanoid robot Optimus və avtomobillərdə istifadə olunacaq. Digər çiplər isə kosmosda işləmək üçün yüksək gücə malik texnologiyalar kimi hazırlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
61
2
olke.az

3Источники