RU

Hərbi helikopteri qəzaya uğradı: 6 nəfər həlak oldu – Bu ölkədə

Qətər Silahlı Qüvvələrinə məxsus helikopter ölkə sahillərində dənizə düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

“Qətər helikopteri planlaşdırılmış missiyanı yerinə yetirərkən texniki nasazlıqla üzləşib və nəticədə o, ştatın ərazi sularında qəzaya uğrayıb.

Helikopterdə ümumilikdə yeddi nəfər olub. Qəza nəticəsində altı nəfər ölüb”, – deyə bildirilib.

Nazirlik itkin düşən sonuncu şəxsin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini əlavə edib.

Избранный
93
1
nocomment.az

2Источники