Bakı. Trend:
Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kubokubaşa çatıb.
Trend xəbər verir ki, 32-cidəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardanibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medalqazanıb.
Yarışda Sunay Salamova (40 kiloqram) qızıl, Zəhra Quliyeva (40kiloqram) gümüş, Pərvin Sevxanlı (44 kiloqram), Könül Eyvazlı (48kiloqram), Məsumə Məmmədli (70 kiloqram) və Zemfira Əliyeva (+70kiloqram) bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243cüdoçu mübarizə aparıb.