RU

Çelsi nin keçmiş futbolçusu saxlanıldı: Ağır ittihamla üzləşdi

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Vest Bromviç Albion" və "Çelsi"nin keçmiş müdafiəçisi Nil Klement narkotik vasitələr əldə etməkdə şübhəli bilinərək İspaniyada saxlanılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 47 yaşlı sabiq futbolçunun üzərində və yaşadığı məkanda müxtəlif narkotik maddələr və nağd pul aşkar edilib.

O, saxlanıldıqdan sonra hakim qarşısına çıxarılıb və istintaq müddətində girov müqabilində azadlığa buraxılıb. Polis bir kiloqramdan çox qadağan olunmuş maddə müsadirə edib.

Nil Klement 2000-2010-cu illərdə "Vest Bromviç Albion"un şərəfini qoruyub, 295 matçda meydana çıxıb və 24 qol vurub. O, karyerasının əvvəlində "Çelsi"də də çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
94
2
baku.ws

10Источники