RU

Mingəçevir Dram Teatrının sabiq direktoru dünyasını dəyişdi - ÖZƏL

Bu gün pedaqoq, publisist yazıçı, mədəniyyət və təhsil sahəsində rəhbər vəzifələrdə çalışmış ziyalı Əşrəf Əsgərov 81 yaşında Mingəçevir şəhərində dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, əslən Kəlbəcər rayonunun Abdullauşağı kəndindən olan Ə. Əsgərov uzun müddət Mingəçevir Dram Teatrında rəhbər vəzifəsində çalışıb. 

O, eyni zamanda uzun illər müxtəlif məktəblərdə direktor müavini, 1980-2010-cu illərədək Mingəçevir 1 saylı Peşə Məktəbində direktor vəzifəsində çalışıb. 

Mərhum bir neçə kitabın  və məqalələrin müəllifidir.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Избранный
145
bizim.media

1Источники