RU

İrəvan metrosunda Qarabağ davası: axçi Paşinyanı necə qışqırtdı?

Son günlər qarğıdalı, pirojki, kartof və ya sucuqlu videoları ilə reytinqinə “rəng qatan” baş nazir Nikol Paşinyan bu dəfə metrodakı söhbəti ilə diqqət çəkib. Avtobusdan düşüb metroya minən Paşinyan yaxasına taxdığı “kadastr sənədi olmayan” Ermənistanın xəritəsini əks etdirən rozetlərdən birini qarşıdakı sərnişinə hədiyyə etmək istəyib. Lakin qadın baş nazirin əlini havada saxlayıb və “hədiyyə”ni qəbul etməyib.

Məlum olub ki, qadın sərnişin Qarabağdan gedənlərdəndir. Dəmir Yumruğun nə demək  olduğunu dərk etdikdən sonra “Real Ermənistan” qurmağın alternativinin olmadığını dəqiqləşdirən və bu həqiqəti ermənilər arasında yaymağa çalışan baş nazir çox deyib, qadın az eşidib.

WhatsApp

Videokadrlardan görünür ki, axırda Paşinyan barmağını qadına tuşlamağa və səsinin tonunu qaldırmağa, qışqırmağa vadar olub. Beləcə axçinin Qarabağ hikkəsi hökumət başçısını özündən çıxarıb.

Erməni mediası yazıb ki, tərəfdarları ilə İrəvanı gəzməyə çıxan Ermənistanın baş naziri Nikol Paşinyan “artsaxın ermənisizləşdirilməsi” ilə qadının dediklərindən sonra özünü itirib. Əslində qadının hikkəsindən sonra Paşinyanın “cin atına mindiyi” aydın görünür. Kim olsa, havalanar. Paşinyan istəyir ki, bundan sonra ölkəsindəkilər adam kimi yaşasınlar, başlarına müsibətlər gəlməsin. Amma hələ də ölkəsində sağalmaz xəstəliyə mübtəla olanların addımbaşı qarşısına çıxması onu özündən çıxarır. Məhz elə buna görə də Nikol həmin qadına barmağını silkələyərək, qışqırıb: “Biz sizin Qarabağda yaşamağınız üçün əlimizdən gələni etdik və 2023-cü ildə məni insanların Qarabağdan Ermənistana getməsinin qarşısını almaq üçün sərhədləri bağlamaqda ittiham edən siz oldunuz. İndi siz bura gəlib deyirsiniz ki, “Ah, amma biz qayıtmaq istəyirdik””.

WhatsApp

Onu da bildirib ki, Ermənistan Qarabağdan gələnlər üçün milyardlar xərcləyib, amma əvəzində onlar Ermənistanın real xəritəsinə nifrətlə yanaşır, üstəlik, hökumət başçısını Qarabağı təslim etməkdə ittiham edir.

Bir tərəfdən baxdıqda, ermənilərin ağır xəstəliyə mübtəla olmasında Nikol Paşinyanın da “xidmətləri” olub. 2018-ci ilin yazında baş nazir vəzifəsinə seçildikdən bir müddət sonra Şuşaya qanunsuz olaraq getməsəydi, Azərbaycan Prezidenti ilə ayaqüstü Düşənbə görüşündə verdiyi vədə sadiq qalmaq əvəzinə 2019-cu ilin avqustunda Xankəndiyə qeyri-qanuni səfər edib, “Qarabağ Ermənistandır və nöqtə” deməsəydi, nə Qarabğdakı axçilər, nə də digərləri bu dərəcədə sağalmaz xəstəliyə yoluxardılar. Ermənilər baxdılar ki, Ter-Petrosyandan Paşinyanadək bütün rəhbərləri Qarabağın Ermənistana “aid olduğunu” iddia edir.

Nikol Paşinyan müharibə partiyasının üzvü olmadığı üçün onunla bağlı Azərbaycanda fərqli düşüncələr var idi, hələ 2018-ci ildə. Amma o da yolunu azdı və 44 günlük müharibəyə səbəb oldu. Hətta kapitulyasiya aktına imza atdıqdan sonra da Qarabağdakı separatçı rejim və işğal bölgəsindəki ordu ilə bağlı fərqli iddialar irəli sürdü. Nəticələr ortada. Lakin ona qədər özünün də kifayət qədər yanlışlıqlara imza atdığını unutmamalıdır.

Nikol Paşinyanın Qarabağ bölgəsinə son səfərlərindən biri 2019-cu ilin elə mart ayında olmuşdu. Paşinyanı Xankəndi aeroportunda keçmiş cinayətkar rejimin rəhbəri Bako Saakyan və arvadı Anait Saakyan qarşılamışdı. 2023-cü ilin antiterror əməliyyatından sonra qolları qandallı Bakıya “çay içməyə” gətirilən Bako Saakyan artıq Ədalət Məhkəməsinin hökmü ilə 20 illik həbs cəzasını alıb. Eyni hökmə boyun əymiş Ruben Vardanyanın arvadı kimi, Anait də bu gün beynəlxalq təşkilatların qapılarında qalıb. Çünki vaxtilə ərlərinə “qaxıl, yerində otur, Qarabağdan sənə nə?!” deyən olmamışdı.

Bu yerdə Anna Akopyanı da xatırlayaq. Nikol Paşinyandan ayrıldığını elan etmiş Anna vaxt var idi qadın batalyonu yaradıb, Azərbaycanla döyüşlərə gəlmək istəyirdi, avtomat silahla təlimlər zamanı süründüyünü əks etdirən foto-videokadrları həvəslə tirajlayırdı.

ANNA

Hətta 44 günlük müharibə zamanı Akopyanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında, ordu komandanlığının müzakirələrində iştirak etdiyi barədə iddialar da var idi. Bəzən adama elə gəlir ki, Nikol Paşinyan rəsmi nikahda olmadığı Anna ilə elə sülh, yoxsa müharibə dilemmasına görə ayrılıb. Onun Qarabağ və muğamla bağlı iddialarını da unutmamışıq. Yəni əgər bu gün sülhdən danışan, “Qarabağ həmişə Azərbaycanın tərkibində olub” deyən Paşinyanın evində belə bir revanşist olubsa, deməli, Qarabağdan getmiş axçinin iddiaları o qədər də təəccüblü deyil. Dağlı Nikol Paşinyan üçün asan olmayacaq, amma alternativi yoxdur, səylə çalışmalıdır ki, səy-səy Qarabağdan danışanların müalicəsinə nail olsun. Əgər Qarabağdakı separatçıların başçısı, Xocalı canisi Robert Köçəryan yenidən baş qaldırıb, baş nazir olmaq iddiasını ortaya qoyubsa, deməli, bu, Ermənistandakı xəstələr üçün münbit şərait yaradılmasına rəvac verə bilər. Hər halda, özləri bilsinlər, Azərbaycan xəbərdarlığını edib: “DƏMİR YUMRUQ YERİNDƏDİR!!! Xocavəndin Xanobasında qalanan tonqal, Ali Baş Komandandan xeyir-dua eşidən bu ellərin əbədi sahibləri, lap elə o 3 yaşlı Ayaz bala ilə söhbət dost və düşmənə vacib ismarış idi.

image_1774177721970.jpg

Azərbaycanın yaratdığı reallıq budur: vaxt var idi ermənilər Qarabağ davasını, iddiasını meydanlarda qaldırırdılar. Bu gün İrəvan metrosunda, yerin altında gedir mübahisə, dava-dalaş, öz aralarında.  

Избранный
84
50
musavat.com

10Источники