Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdan olan qadın arasında metroda mübahisə yaranıb. Tərəflər arasında mübahisə qadının onun Ermənistan əvəzinə başqa xəritəyə sahib olmasıyla bağlı Paşinyana irad bildirməsi olub.
Gununsesi.info xəbər verir ki, Paşinyan isə ona cavabında övladının Ermənistanda yaşayacağına dair xatırlatma edib. Qadın bundan sonra Paşinyana “siz bizi Qarabağa qayıtmaqdan məhrum edə bilmərsiniz” deyib. Paşinyan isə cavabında:
“Biz hər şeyi etdik ki, siz Arçaxda, Qarabağda yaşaya biləsiniz. 2023-cü ildə siz məni Ermənistan insanların getməməsi üçün sərhədləri bağlamaqda ittiham etdiniz, sonra da sərhədlərin açılmasını tələb etdiniz. Deyirdiniz ki, sərhədlər insanların Qarabağdan çıxmaması üçün qəsdən qapadılıb. İndi bura gəlib deyirsiniz, qayıtmaq istəyirik. Biz Ermənistan vətəndaşlarının qazandığı milyardları xərcləmişdik ki, siz orada qala biləsiniz. Niyə qalmadınız?”.
Qadın bundan sonra Paşinyandan ona barmaq sallamamasını tələb edib. Paşinyan isə onu Qarabağı verməkdə ittiham etməməyini tələb edib.
Azərbaycan 2020-ci ildə işğal altında olan Qarabağa nəzarətini bərpa edə bilib. 2023-cü ildən sonra isə Qarabağdakı ermənilər ərazini tərk edərək, Ermənistana yerləşiblər. Azərbaycan ermənilərin Qarabağda yaşaması üçün əsas şərtinin Azərbaycanın hakimiyyətinin qəbul edilməsi olduğunu açıqlayıb və onların geri dönüşü üçün proqram təqdim edib. Lakin bu proqramdan indiyə qədər nə qədər insanın istifadə etdiyi hələlik açıqlanmayıb. Paşinyan isə 2025-ci ildən etibarən Qarabağ ermənilərinin Azərbaycana geri dönüşünün real olmadığını deyib. O, Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya olunub, Ermənistan vətəndaşlığını qəbul etmələrinə çağırış edib. O həmçinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb ki, bu da müxalifətin və bir çox keçmiş separatçı qrupların narazılığına səbəb olub.Paşinyan metroda Qarabağ ermənisi ilə mübahisə etdi: “Sizə milyardlar xərcləmişdik”
Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdan olan qadın arasında metroda mübahisə yaranıb. Tərəflər arasında mübahisə qadının onun Ermənistan əvəzinə başqa xəritəyə sahib olmasıyla bağlı Paşinyana irad bildirməsi olub. Pşainyan isə ona cavabında övladının Ermənistanda yaşayacağına dair xatırlatma edib. Qadın bundan sonra Paşinyana “siz bizi Qarabağa qayıtmaqdan məhrum edə bilmərsiniz” deyib. Paşinyan isə cavabında:
“Biz hər şeyi etdik ki, siz Arçaxda, Qarabağda yaşaya biləsiniz. 2023-cü ildə siz məni Ermənistan insanların getməməsi üçün sərhədləri bağlamaqda ittiham etdiniz, sonra da sərhədlərin açılmasını tələb etdiniz. Deyirdiniz ki, sərhədlər insanların Qarabağdan çıxmaması üçün qəsdən qapadılıb. İndi bura gəlib deyirsiniz, qayıtmaq istəyirik. Biz Ermənistan vətəndaşlarının qazandığı milyardları xərcləmişdik ki, siz orada qala biləsiniz. Niyə qalmadınız?”.
Qadın bundan sonra Paşinyandan ona barmaq sallamamasını tələb edib. Paşinyan isə onu Qarabağı verməkdə ittiham etməməyini tələb edib.
Azərbaycan 2020-ci ildə işğal altında olan Qarabağa nəzarətini bərpa edə bilib. 2023-cü ildən sonra isə Qarabağdakı ermənilər ərazini tərk edərək, Ermənistana yerləşiblər. Azərbaycan ermənilərin Qarabağda yaşaması üçün əsas şərtinin Azərbaycanın hakimiyyətinin qəbul edilməsi olduğunu açıqlayıb və onların geri dönüşü üçün proqram təqdim edib. Lakin bu proqramdan indiyə qədər nə qədər insanın istifadə etdiyi hələlik açıqlanmayıb. Paşinyan isə 2025-ci ildən etibarən Qarabağ ermənilərinin Azərbaycana geri dönüşünün real olmadığını deyib. O, Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya olunub, Ermənistan vətəndaşlığını qəbul etmələrinə çağırış edib. O həmçinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb ki, bu da müxalifətin və bir çox keçmiş separatçı qrupların narazılığına səbəb olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.