RU

Bakıya gələ bilməyən millinin məşqçisi istefa verdi

Oman millisində baş məşqçi istefa ərizəsi yazıb.

"Yeni Sabah" xəbər verir ki, portuqaliyalı Karluş Keyroşla yolların qarşılıqlı razılıq əsasında ayrıldığını bildirib.

Keyroş regional qeyri-sabitlik ucbatından milli ilə vidalaşıb. 2025-ci ilin yayından komandaya rəhbərlik edən mütəxəssis Oman millisi ilə 11 oyunda 3 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət əldə edib. Onun dövründə komanda həm Ərəb kubokunda qrupda qalıb, həm də DÇ-2026-ya vəsiqə qazana bilməyib.

Xatırladaq ki, Oman komandası Bakıda keçirilən "FIFA Series-2026" turnirində iştirak edə bilmir.


Telegram kanalımız
Избранный
107
1
yenisabah.az

5Источники