RU

İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb

BAKI, 22 mart. TELEQRAF

Bu gün səhər saatlarında İran tərəfindən Təl-Əviv və ətraf rayonların raket atəşinə tutulması nəticəsində azı 15 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin milli təcili yardım xidməti məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan birinin vəziyyəti orta-ağır, digər 14 nəfərin vəziyyəti isə yüngül kimi qiymətləndirilir. Yaralıların hamısı Təl-Əviv və şəhərətrafı qəsəbələrdəki xəstəxanalara yerləşdirilib.

İsrail ordusu səhər saatlarında ölkənin mərkəzi hissəsinə İran ərazisindən 4 raket atıldığını qeydə alıb. Hücum zamanı Təl-Əviv və ətraf ərazilərdə üç dəfə hava həyəcanı siqnalı verilib. Raketlərin zərərsizləşdirilməsi zamanı yaranan qəlpələr şəhərin müxtəlif yerlərinə, o cümlədən mərkəzi məhəllələrə düşüb.

Избранный
170
50
teleqraf.com

10Источники