RU

Quşlarla toqquşan təyyarədə bu müğənnilər olub FOTO

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Moskvadan Bakıya uçan “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havada quşlarla toqquşduqdan sonra Şeremetyevo hava limanına geri qayıdıb.

Demokrat.az xəbər verir ki, Sfera.az-ın məlumatına görə, bu barədə müğənni Talıb Tale sosial şəbəkə hesabında paylaşım edib.

Onunla birgə təyyarədə müğənni Almaxanım Əhmədli də olub.

Hadisə nəticəsində təyyarə planlaşdırılan marşrutu davam etdirə bilməyib və təhlükəsizlik prosedurlarına uyğun olaraq geridönüş qərarı verilib.

“Aeroflot”un yaydığı açıqlamada bildirilib ki, eniş uğurla həyata keçirilib, hər iki mühərrik normal işləyib və təyyarədə texniki nasazlıq qeydə alınmayıb. Təyyarə enişdən sonra dayanacaq yerinə yönləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
109
9
demokrat.az

10Источники